ABŞ-da koronavirusa yoluxma sayı 16 milyonu keçdi

ABŞ-da koronavirusa yoluxma sayı 16 milyonu keçdi
  13 Dekabr 2020    Oxunub:1249
ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 16 milyonu keçib.
Azvision.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetindən bildirilib.

Məlumata görə, pandemiya başlayandan ABŞ-da 16 014 839 nəfər koronavirusa yoluxub.

Virusa yoluxanların sayına görə Kaliforniya liderdir (1 535 962), sonrakı yerləri Texas (1 395 889), Florida (1 116 973), Illinois (841 688) və New York (764 966) ştatları tutur.

ABŞ-da pandemiya qurbanlarının ümumi sayı 297 501 nəfərə çatıb.

Azvision.az



Teqlər: ABŞ   Koronavirus   Pandemiya  





Xəbər lenti