COVID-19-a yoluxanların sayı 72 milyonu ötdü

   COVID-19-a yoluxanların sayı 72 milyonu ötdü
  13 Dekabr 2020    Oxunub:1540
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 72 milyonu keçib.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 72 milyon 109 min 884 nəfərə çatıb, pandemiya qurbanlarının sayı 1 milyon 611 min 637 nəfərdir. İndiyədək 50 milyon 492 min 871 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ötən sutka ərzində 656 181 nəfər koronavirusa yoluxub, 11 868 pasiyent dünyasını dəyişib.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır. Virusa yoluxanların sayına görə ABŞ, Hindistan və Braziliya ilk üç yeri tutur.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti