Rusiyada 28 mindən çox yeni yoluxma aşkarlandı

Rusiyada 28 mindən çox yeni yoluxma aşkarlandı
  13 Dekabr 2020    Oxunub:1396
Rusiyada son sutka ərzində koronavirusa 28 080 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 653 928 nəfərə çatıb.

Rusiyada son sutkada 488 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 46 941 nəfərdir. İndiyədək 2 106 235 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   koronavirus  





Xəbər lenti