Kabildə silahlı hücum: Prokuror qətlə yetirildi

Kabildə silahlı hücum:  Prokuror qətlə yetirildi
  13 Dekabr 2020    Oxunub:1942
Əfqanıstanın paytaxtı Kabildə silahlı hücum nəticəsində prokuror qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hadisə Kartei-Nev ərazisində baş verib. Naməlum şəxslər prokurora silahlı hücum edib. O, hadisə yerində ölüb.

Qətli törədənlər qaçmağa müvəffəq olublar. Partlayışa görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Azvision.az


Teqlər: Kabil   Əfqanıstan  





Xəbər lenti