Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayır

 Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayır
  13 Dekabr 2020    Oxunub:2915
Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zohrabyan bildirib.

Onun sözlərinə görə, iclasa müxalifət təmsilçiləri daxil olmaqla parlament fraksiyaları da dəvət olunub.

İclasın gündəliyi hələlik açıqlanmayıb. Təhlükəsizlik Şurasının Qarabağdakı mövcud vəziyyəti müzakirə edəcəyi ehtimal olunur.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti