Pakistanda partlayış olub, 25 nəfər yaralanıb

Pakistanda partlayış olub,  25 nəfər yaralanıb
  13 Dekabr 2020    Oxunub:1446
Pakistanın Ravalpindi şəhərində baş vermiş partlayış 25 nəfərin xəsarət almasına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Hadisə polis idarələrindən birinin yaxınlığında qeydə alınıb. Yaralılardan 22 nəfəri xəstəxanaya yerləşdirilib, 3 nəfərə yerində tibbi yardım göstərilib. Aralarında uşaq olmaqla üç nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Polisin ilkin məlumatına görə, qumbara partlayıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Pakistan   Partlayış  





Xəbər lenti