Çeçenistanda bir gündə 5 dəfə zəlzələ oldu

Çeçenistanda bir gündə 5 dəfə zəlzələ oldu
  13 Dekabr 2020    Oxunub:1586
Çeçenistanda son sutka ərzində 5-ci dəfə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 2.9 bal gücündə son təkanlar Moskva vaxtilə saat 16:36-da qeydə alınıb. Zəlzələnin episentri Urus-Martan bölgəsində yerləşir.

Xatırladaq ki, birinci zəlzələ gecə saatlarında 5,6 bal gücündə baş verib.

Azvision.az


Teqlər: Zəlzələ   Çeçenistan  





Xəbər lenti