İran yeni ballistik raketlərini sınaqdan keçirib

İran yeni ballistik raketlərini sınaqdan keçirib
  11 Fevral 2014    Oxunub:1206
İran müdafiə naziri general Hüseyn Dehqan mərasimdə çıxışı zamanı ölkədə yeni “Bina” adlı lazerli raketin və həmçinin yeni nəsil ballistik raketin test edildiyini deyib.
İran İslam İnqilabının 35-ci ildönümündə yeni hərbi potensiallarını nümayiş etdirib.

AzVision.az-ın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, İran bu gün İslam İnqilabının 35-ci ildönümü münasibətilə yeni ballistik və lazerli raketlərini sınaqdan keçirib.

İran müdafiə naziri general Hüseyn Dehqan mərasimdə çıxışı zamanı ölkədə yeni “Bina” adlı lazerli raketin və həmçinin yeni nəsil ballistik raketin test edildiyini deyib. Nazir həmçinin, sınaq edilən iki növ raketin özünəməxsus məziyyətlərinə görə, öz sinfindəki digər məhsullardan sayılıb seçildiyini deyib.


Teqlər:





Xəbər lenti