Həsən Ruhani inqilab yürüşlərinə qatılıb

Həsən Ruhani inqilab yürüşlərinə qatılıb
  11 Fevral 2014    Oxunub:965
Tehranda nümayişçilər qarşısında çıxış edən H.Ruhani İslam İnqilabının müsbət təsir və səmərəsindən danışıb

İranın rəsmi şəxsləri ölkədə İslam İnqilabının 35-ci ildönümü münasibətilə keçirilən yürüşlərə qatılıblar.

İran prezidenti Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zərifin də qatıldığı yürüşdə, həmçinin yerli müctəhidlər, Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani və sabiq prezident Məhəmməd Hatəmi də olub.

Tehranda nümayişçilər qarşısında çıxış edən H.Ruhani İslam İnqilabının müsbət təsir və səmərəsindən danışıb, administrasiyasının yürütdüyü siyasəti bundan sonra da davam etdirəcəyini bildirib: “Keçirilən seçkilərdə İran xalqı İslam Respublikasının tərəfdarı olduğunu sübut etdi. Onlar xalqdan qaynaqlanan hökuməti seçdilər. Biz savaş siyasətimizdə olduğumuz kimi, danışıqlarda da ciddiyik. Zaman keçdikcə inqilabın hədəflərinin həyata keçirilməsinə daha da yaxınlaşırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti