Tramp peyvənd olunmağı düşünmür
“Mən bununla bağlı düzəliş etməyi xahiş etdim. Təşəkkür edirəm”, deyə Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, “Bloomberg” agentliyi Tramp və digər yüksək səviyyəli amerikalı məmurların yaxın günlərdə COVID-19-a qarşı peyvənd olunma fürsəti tapacağını bildirmişdi.
"Peyvənd, hakimiyyətin hər üç qolunda ölkə üçün həyati funksiyaları yerinə yetirən liderlərə təklif ediləcək. Bəlkə də bazar ertəsi günü peyvəndləməyə başlayacaqlar"- deyə agentlik qeyd etmişdi.
Xatırladaq ki, ABŞ-da təcili istifadə üçün Pfizer və BioNTech şirkətlərindən birgə hazırladıqları peyvəndin istifadə edilməsi planlaşdırılır.
Azvision.az
Teqlər: ABŞ Koronavirus Peyvənd







Vaxtında, Aydın, Lazımlı!


