Gülər Əhmədovanın oğlunun qolu sınıb - RƏSMİ AÇIQLAMA

Gülər Əhmədovanın oğlunun qolu sınıb - RƏSMİ AÇIQLAMA
  24 Mart 2013    Oxunub:1906
Sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun hərbi hospitala yerləşdirilməsinin səbəbi açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin APA-ya verdiyi məlumata görə, DSX-nin Yevlaxdakı hərbi hissəsində xidmət edən T. Əhmədovun qolu idman zamanı sınıb: "Əsgərlər arasında qol güləşi zamanı əsgər Əhmədovun sağ qolu dirsəkdən yuxarıdan sınıb. Əsgər dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Orada rentgen aparatına salınıb və əsgərin sınan qoluna gips qoyulub. Bundan sonra o, DSX-nın Mərkəzi Hərbi Hospitalına gətirilib".


Teqlər:  





Xəbər lenti