Ərdoğan: “Mahir Zeynalovun tvitlərindən xəbərim yoxdur”

Ərdoğan: “Mahir Zeynalovun tvitlərindən xəbərim yoxdur”
  11 Fevral 2014    Oxunub:1034
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında Türkiyədən deportasiya olunan jurnalist Mahir Zeynalov haqqında danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, çıxışında Mahir Zeynalovun paylaşdığı tvitlərdən xəbərsiz olduğunu deyib: “Biri azəridir, qəzetdə işləyir. Bizim iqtidarımız onu deportasiya edib. Bunlarda yalan qanunidir. İkiüzlülük də qanunidir. Bunlar üçün hər şey qanunidir. Sizin press-kartınızın müddətinin uzadılıb uzadılmamağı Mətbuat və İnformasiya Baş katibliyinə məxsus işdir. Bunun üçün onlardan icazə almaq lazımdır. Mənimlə bağlı tvit yazıb, mənim bundan xəbərim yoxdur. Mənim tvit xəstəliyim yoxdur”.

Ərdoğan vurğulayıb ki, onun tvit yazacaq qədər boş vaxtı yoxdur: “Tvitter istifadə edənləri alçaltmaq istəmirəm, amma mənim bu qədər boş vaxtım yoxdur. Mən gecə gündüz demədən sadəcə işimlə məşğul oluram”.

Ərdoğanın çıxışı alqışlarla qarşılanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti