Ölü insanın göz hüceyrələri korlara işıq verəcək

Ölü insanın göz hüceyrələri korlara işıq verəcək
  11 Fevral 2014    Oxunub:1488
Bu London Universitet Kolleci tədqiqatçılarının apardığı sınaqlar nəticəsində bəlli olub
London Universitet Kolleci tədqiqatçılarının apardığı sınaqlar nəticəsində bəlli olub ki, ölmüş insanın göz hüceyrələri görmə qabiliyyətini itirmiş şəxslərin köməyinə çata bilər.

Kor siçanlar üzərində aparılan sınaqlar nəticəsində ölmüş insanın göz hüceyrələri onların görmə qabiliyyəti qismən bərpa edilib. Tədqiqatçılar bildirirlər ki, görmə qabiliyyətini tam itirmiş şəxslərin üzərində əldə ediləcək oxşar nəticələr kitab oxumaq üçün kifayət etməsə də, onların həyat tərzlərinin dəyişməsinə səbəb olacaq. İnsan üzərində müvafiq sınaqların 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bir müddət əvvəl bağışlanmış göz qişalarından insanların görmə qabiliyyətinin yaxşılaşdırılması məqsədilə istifadə edilib. İndi isə London Universitet Kollecinin Oftalmologiya İnstitutunun alimləri tərəfindən gözün arxa hissəsindən xüsusi görmə hüceyrəsi əldə olunub. Bu büllur epitel hüceyrələr (Muller glia cells) bir çox göz xəstəliklərinin müalicəsində də fayda verə bilər.

Professor Astrid Laymbın fikrincə, ölmüş insanın göz hüceyrələrinin köçürüldüyü şəxslər otaqda təkbaşına hərəkət edə, yemək yeyə, əşyaların yerini müəyyənləşdirə biləcəklər. Bu, görmə qabiliyyətini itirmiş insanların həyat tərzini tam dəyişəcək və onlar kənardan kömək almadan bir sıra ehtiyaclarını ödəyəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti