Çin və Tayvan: 65 ildən sonra ilk dəfə

Çin və Tayvan: 65 ildən sonra ilk dəfə
  11 Fevral 2014    Oxunub:3190
Tərəflər 1949-cu ildən sonra ilk dəfə yüksək səviyyədə görüşəcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin və Tayvan rəhbərliyi birbaşa danışıqlara başlayacaq. İlk danışıqlar Nankində baş tutacaq və 4 gün davam edəcək.

Tayvan tərəfi görüşdə azad mətbuat haqqında məsələ qaldıracaqlarını bildiriblər. Çin isə öz növbəsində azad ticarət haqqında müqaviləni ratifikasiya olunmasına təkid edəcəklərini vurğulayıblar. Çin rəsmi şəkildə Tayvanı öz ərazisi tanıyır və adanın özünə birləşdirilməsinə çalışır.

Tayvan isə özünü Çin respublikası kimi tanımlayır və bütün Çin ərazisinə iddia edir. Lakin son illərə ərzində məsələyə rəsmi mövqeyini dəyişən Tayvan müstəqilliyinin tanınmasına nail olmağa çalışır.

ABŞ rəsmi şəkildə Tayvanın müstəqilliyini tanımasa da ehtiyac yaranarsa onu müdafiə etməyə hazır olduğunu bəyan edib.
Son 15 ildə Çinlə Tayvan arasında münasibətlər normallaşıb. 2008-ci ildə Pekinlə Taybey arasında birbaşa uçuşlar bərpa olunub. Tərəflər arasında bir neçə milyardlıq ticarət müqavilələri imzalanıb. Tayvan tərəfi danışıqlarda səfirliklərin açılmasını təklif etməsi gözlənilir.

Xatırladaq ki, 1949-cu ildə Çində baş verən vətəndaş müharibəsindən sonra Tayvan adası Çindən ayrılaraq müstəqilliyini elan etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti