Əlcəzairdə dəhşətli təyyarə qəzası- 119 ölü

Əlcəzairdə dəhşətli təyyarə qəzası- 119 ölü
  11 Fevral 2014    Oxunub:964
Hadisə ölkənin dağlıq Umm-əl-Bavaki bölgəsində baş verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, C-130 “Herkules” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Hadisə nəticəsində 119 nəfərin həlak olduğu bildirilir. Hadisə şahidləri güclü partlayışın baş verdiyini söyləyirlər.
Təyyarədə əlcəzairli hərbiçilər və onların ailə üzvlərinin olduğu bildirilir. Hadisə bu gün səhər saatlarında baş verib. Ölkənin cənubundakı Tamanrasset şəhərindən şimala-Konstantinu şəhərinə istiqamətlənən C-130 “Herkules” təyyarəsi ilə əlaqə yarı yolda kəsilib.

Xilasetmə xidmətləri hadisə yerində axtarış əməliyyatlarını genişləndiriblər. Əlcəzair hərbçilərinin yaxın saatlarda geniş mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti