Xarkovun meri koronavirusdan öldü

Xarkovun meri koronavirusdan öldü
  17 Dekabr 2020    Oxunub:1592
Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes vəfat edib.
Azvision.az xəbər verir ki, o koronavirusun yaratdığı fəsadlardan dünyasının dəyişib. Merin dostu mətbuata deyib ki, virus Kernesin daxili orqanlarında ciddi fəsadlara səbəb olubmuş.

Qeyd edək ki, Xarkov merinin 61 yaşı olub və o sentyabr ayında virusa yoluxduğu üçün Xarkov xəstəxanasında müalicə alıb. Daha sonra onu Berlində yerləşən klinikalardan birinə köçürüblər. 11 dekabrda isə merin böyrəyində ciddi problemlərin yarandığı açıqlanıb. 2010-cu ildən şəhərə rəhbərlik edən Kernes Ukraynanın məşhur merlərdən sayılırdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mer   Koronavirus   Xarkov   Vəfat  



Xəbər lenti