Qarabağda daha 41 erməni hərbçinin cəsədi tapıldı
Adıçəkilən ərazilərdən 41 cəsədin tapıldığını qeyd olunub. Qondarma rejimin FHN-ninə istinadla verilən məlumatda deyilir:
“Axtarış əməliyyatları zamanı Füzuli və Cəbrayıl ərazisində 41 erməni hərbçisinin qalıqları aşkarlanıb. Bununla da bu günə kimi artıq 933 hərbçinin cəsədi aşkar edilmiş oldu. Amma bu gün 5 xüsusi qrup Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində axtarış işlərini davam etdirəcəklər. Axtarışa həmçinin itkin düşən şəxslərin yaxınları, döyüş bölgəsini yaxşı tanıyan şəxslər də cəlb ediliblər”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


