Qarabağda daha 41 erməni hərbçinin cəsədi tapıldı

 Qarabağda daha 41 erməni hərbçinin cəsədi tapıldı
  17 Dekabr 2020    Oxunub:1607
Füzuli və Cəbrayıl rayonu ərazisində aparılmış ağır döyüşlər zamanı öldürülən erməni hərbçilərinin meyitlərinin axtarışı davam edir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Adıçəkilən ərazilərdən 41 cəsədin tapıldığını qeyd olunub. Qondarma rejimin FHN-ninə istinadla verilən məlumatda deyilir:

“Axtarış əməliyyatları zamanı Füzuli və Cəbrayıl ərazisində 41 erməni hərbçisinin qalıqları aşkarlanıb. Bununla da bu günə kimi artıq 933 hərbçinin cəsədi aşkar edilmiş oldu. Amma bu gün 5 xüsusi qrup Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində axtarış işlərini davam etdirəcəklər. Axtarışa həmçinin itkin düşən şəxslərin yaxınları, döyüş bölgəsini yaxşı tanıyan şəxslər də cəlb ediliblər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəsəd   Cəbrayıl   Füzuli  



Xəbər lenti