Türkiyədə 243 nəfər koronavirusdan ölüb

Türkiyədə 243 nəfər koronavirusdan ölüb
  18 Dekabr 2020    Oxunub:1280
Türkiyədə son sutka ərzində 243 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 27 515 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 17 364, virusa yoluxanlar isə 1 955 680 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 721 607 pasiyent (son sutkada 30 494 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   virus  



Xəbər lenti