Böyük Britaniyanın COVID-19 statistikası

Böyük Britaniyanın COVID-19 statistikası
  18 Dekabr 2020    Oxunub:1354
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 35 383 yeni yoluxma faktı qeydə alınıb, 532 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 948 660 min, xəstəlikdən ölənlərin sayı isə 66 052 nəfərə çatıb.

Qeyd edək ki, son günlər Böyük Britaniyada yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az



Teqlər: COVID-19   Britaniya  



Xəbər lenti