Mafiyaya qarşı böyük əməliyyat – VİDEO

Mafiyaya qarşı böyük əməliyyat – VİDEO
  12 Fevral 2014    Oxunub:1088
İtaliya polisi və ABŞ xüsusi xidmətləri narkotika və silah qaçaqmalçılarına qarşı geniş əməliyyat keçiriblər. Nəticədə 8 nəfər Nyu-Yorkda, qalanları Kalabriyada olmaqla 26 nəfər tutulub. Onların hamısı iki kriminal qrupun - `Ndranqeta` və `Qambino`nun üzvləridir.
Xüsusi əməliyyat `Yeni körpü` adlanıb. Mafiya üzvlərinin planından gizli agentlər və telefon dinləmələri vasitəsilə xəbər tutulub. Onlar Amerikaya iri partiya zəhərli narkotiklər keçirmək istəyirmiş.

Son vaxtlarda Kalabriyanın `Ndranqeta` qruplaşması dünyanın ən məşhur və təhlükəli mafioz birliyinə çevrilmişdi. `Qambino` klanı isə Nyu-Yorkda fəaliyyət göstərir və reket, narkotika, fahişəlik, şantaj kimi sahələrdən pul qazanır.

AzVision.az




Teqlər:  





Xəbər lenti