Dünyada bir gündə 642 mindən çox insan virusa yoluxub

Dünyada bir gündə 642 mindən çox insan virusa yoluxub
  18 Dekabr 2020    Oxunub:1275
Dünyada COVID-19-a yoluxanların sayı 72,85 milyonu keçib. Son sutka ərzində 642 mindən çox artım qeydə alınıb.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayımladığı məlumatlara görə, virus qurbanlarının sayı 12 407 nəfər artaraq 1 643 339 olub. Yoluxanların sayı isə 72 851 747 nəfərə çatıb.

Son 24 saat ərzində baş verən yoluxmaların 45 faizindən çoxu Şimali və Cənubi Amerikanın,(291 600), daha sonra Avropa bölgəsinin (269 527) və Cənub-Şərqi Asiyanın (34,284) payına düşür. Ən çox yoluxma halları 16 446 844nəfər ilə ABŞ-da qeydə alınıb. Daha sonrakı yerləri Hindistan (9 956 557), Braziliya (6 970 034), Rusiya (2 762 668), Fransa (2 367 648), Böyük Britaniya (1 913 281), İtaliya (1.888.144), İspaniya (1.773.290), Argentina (1.510.203), Kolumbiya (1.444.646), Almaniya (1.406.161) və Meksika (1.267.202) tutur.

Azvision.az



Teqlər: Dünya   virus  



Xəbər lenti