Avropa İttifaqı ilə Ermənistan arasında nələr baş verib

Avropa İttifaqı ilə Ermənistan arasında nələr baş verib
  12 Fevral 2014    Oxunub:2293
Erməni saytı lragir.am ermənilərin gözləntilərinin məyusluqla əvəz olunduğunu yazır
Erməni Milli konqresinin və Ermənistan-Avropa İttifaqı parlamentlər arası komissiyasının üzvü Nikol Paşinyan sayta bildirib ki, Ermənistanla Avropa Birliyi arasında xoşagəlməz atmosfer yaranıb. 5-6 fevralda Strasburqda Parlamentlər arası komissyasının iclası baş tutsa da, ilk dəfə birgə bəyannamə imzalamaq mümkün olmayıb. Nikol Paşinyan əlavə edib ki, erməni nümayəndə heyəti Avropa siyasətinə nüfuz edə biləcək dairələrlə görüş keçirib. Lakin, "Avropa İttifaqı Ermənistana azından suveren və müstəqil dövlət kimi baxmır. Əslində qurum Ermənistanı Rusiyanın forpostu kimi görür".

AzVision.az


Teqlər:





Xəbər lenti