ABŞ-da bu il 117 jurnalist həbs edilib

ABŞ-da bu il 117 jurnalist həbs edilib
  20 Dekabr 2020    Oxunub:1072
2020-ci ildə ABŞ-da 117 jurnalist həbs edilib.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ Mətbuat Azadlığı Fondunun hesabatında qeyd edilib. Bildirilib ki, 2019-cu ildə mətbuat azadlığı ilə bağlı 152 pozuntu aşkar edildiyi halda, 2020-ci ildə pozuntuların sayı 1000-i keçib.

Hesabata əsasən, həbslərin əksəriyyəti qaradərili Corc Floydun Minnesota ştatında ölümündən sonra başlanan etiraz nümayişləri zamanı qeydə alınıb.

Etirazların ilk həftəsində 71 jurnalistin həbs edildiyinə diqqət çəkən hesabatda bu rəqəmin ABŞ-da son 3 ildə tutulan jurnalist sayından çox olduğu vurğulanıb.

Həmçinin məlumatda bildirilib ki, ölkənin 40 fərqli şəhərində etirazlar zamanı tutulan jurnalistlər fiziki təhqir, təcavüz və bloklama kimi çətinliklərə məruz qalıblar.

Azvision.az



Teqlər: ABŞ   Jurnalist   Həbs  



Xəbər lenti