Əfqanıstanda millət vəkilinin maşınını partlatdılar

Əfqanıstanda millət vəkilinin maşınını partlatdılar
  20 Dekabr 2020    Oxunub:1884
Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ən azı 9 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Tolo News telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrə görə, partlayış Spin Kalay meydanında baş verib. Partlayışın hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub. Millət vəkilinin sağ olduğu bildirilir. Hadisə nəticəsində doqquz nəfər ölüb, 20 nəfər yaralanıb.

Azvision.az



Teqlər: Əfqanıstan   partlayış  



Xəbər lenti