Paşinyanın tərəfdarları keşişi kilsədən qovmaq istədi - VİDEO
21 Dekabr 2020
Oxunub:4260
Bu gün səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanla keşiş arasında yaranmış qalmaqal böyüməkdədir.
Azvision.az xəbər verir ki, baş nazir Sisianda olarkən kilsəni ziyarət edib. Nikol Paşinyan keşişə əl uzatsa da, din xadimi onunla görüşməkdən imtina edib. Bu hadisə Ermənistanda birmənalı qarşılanmayıb.
Baş nazirin tərəfdarları kilsəyə hücum edərək həmin keşişi kilsədən qovmağa çalışıblar.