“Bu hərəkəti Həmid Herisçiyə yaraşdırmadım” - QALMAQAL

“Bu hərəkəti Həmid Herisçiyə yaraşdırmadım” - QALMAQAL
  12 Fevral 2014    Oxunub:2021
“Mənə elə gəlir ki, bu ona şərəf gətirmir”
Yazıçı-publisist Həmid Herisçi 2010-cu ildə ANS telekanalında yayımlanan “Yüzüncü baxış” adlı telelayihənin layihənin ona məxsus olduğunu iddia edib. Publisistin bu fikirləri vaxtı ilə həmin layihənin digər aparıcısı olmuş kinoşünas, teleaparıcı Nadir Bədəlovun etirazına səbəb olub.

N. Bədəlov bu barədə AzVision.az-a danışıb. O bildirib ki, həmin verlişin yaranması ideyasının müəllifləri Seyfulla Mustafayev ilə Nadir Bədəlov olub.

“Verlişin yaranması ideyasının 50 % -i Seyfulla Mustafayev idi. Digər müəllif isə mən idim və uzun müddət aparıcsı da mən oldum. Sonra da müəyyən səbəblərdən layihədən ayrıldım. Daha doğrusu, lahiyəyə dəxli olmayan səbəblərdən uzaqlaşdırıldım. İki ay təxminən Həmid müəllim həmin verlişi apardı. Həmid Herisçinin intelektinə mən hörmət edirəm. Onu daim öz verlişlərimə dəvət edirdim. Amma bu o demək deyil ki, mənim hazırladığım verlişin müəllifi o idi. Hər halda mən bunu ondan gözləməzdim. İstəyərdim ki, belə hərəkətə yol verməsin. Mən hansısa bir layihəni davam etdirirəmsə belə deməzdim. Hər şeyi öz adı ilə demək lazımdır. Mənə elə gəlir ki, bu ona şərəf gətirmir. Yaxşı hərəkət deyil ki, hər şey adı ilə deməyəsən. Mənim ona hörmətim var, xətrini də istəyirəm. Amma o bunu etməməli idi, bu mənim xətrimə dəydi”- deyə N. Bədəlov narazılığını bildirib.

Həmid Hersçi isə saytımıza açıqlamasında layihənin müəllifinin doğurdan da o olmadığını və aparıclığı nəzərdə tutduğunu deyib.

“Lahiyənin müəllifi mən olmamışam. Ola bilər ki, ifadəmi bir az dəqiq işlətməmişəm. Nadir müəllimlə razılaşıram”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti