Plastik kartların yeni nəsli gəlir

Plastik kartların yeni nəsli gəlir
  12 Fevral 2014    Oxunub:1528
ABŞ-da bank kartlarındakı maqnit zolaq ləğv olunacaq.
ABŞ-ın bank sistemi ölkə əhalisinin nəqdsiz ödəniş üçün istifadə etdikləri köhnəlmiş və texniki baxımdan zəiflikləri olan maqnit zolaqlı plastik kredit kartlarını yeniləri ilə əvəzləyəcək. “Wall Street Journal”-ın məlumatına görə, modernləşmə 2015-ci ilin oktyabrına qədər həyata keçiriləcək.

Yeni kartlar digər ölkələrin bank sistemləri tərəfindən artıq istifadə olunan chip-and-PİN texnologiyası ilə təmin olunacaq. Kartların saxtalaşdırlması və qanunsuz olaraq hesabdan pulların çıxarılmasına baxmayaraq, qəribə də olsa, ABŞ ərazisində hələ də maqnit zolaqlı kartlar geniş yayılıb. Daha informasiyanı qara xətdə saxlayan maqnit zolaqlar olmayacaq.

Xüsusən son bir neçə ildə Avropaya tez-tez səfər edən amerikalılar Avropa ilə müqayisədə ölkələrindəki kredit kartlarının köhnə və müasir tendensiyalardan uzaq göründüyünü söyləyirlər. Avropada maqnit zolaqlı kartların “sındırılması” ehtimalının yüksək olması ilə bağlı belə kartlardan imtina etmişdi. Bu isə amerikalı turistlərə müəyyən çətinliklər yaradır. Mütəxəssislərin fikrincə, ABŞ-da nəqdsiz ödəniş üçün istifadə olunan kredit kartları texniki baxımdan digər ölkələrə nisbətən 10 il geri qalıb.

Yeni tip plastik kartlar mikroçipə maqnit zolağı əvəzində mikroçipə malik olacaq. Onlar ödəniş prosesini icra etmək üçün sahibin PİN-kodunu tələb edəcək. Kartların bu tip müdafiə mexanimi təhlükəsizlik baxımından bir neçə üstünlüklərə malikdir. Birincisi, PİN-kodun mütləq qaydada tələb olunması sizin kartla ödəniş edən personalın və digərlərinin təsadüfən yaxud qəsdən hesabı silməsini əngəlləyəcək. Daha inkişaf etmiş chip-and-PİN sistemində isə sizə terminal təqdim olunmalıdır ki, plastik kartınızı daxil etdikdən sonra pin-kodunuzu yığa biləsiniz. Bu faktor sizin hesabınızdan xidməti personalın sui-istifadə etməsinə mane olacaq. Bundan başqa siz həm də maqnit zolaqlar üzərindəki məlumatları yadda saxlayan müxtəlif terminal modifikasiyalarından da qoruyacaq.

Yaxınlarda aparılan hesablamalara görə, xakerlər Amerikada Təşəkkür günüdən Milad bayramına qədərki müddətdə 70 milyon plastik kartın nömrəsini oğurlayıblar. Cinayətkarlar maqnit zolaqlı klassik plastik kartları qəbul edən terminalları “modernləşdirərək” istifadəçilərin nömrələrinə yiyələniblər. Sonradan isə başqa şəxslərin hesabına ödənişlər həyata keçiriblər. Chip-and-PİN sistemi vasitəsilə bu əməliyyatı yerinə yetirmək çətin olacaq. Ən azından kart sahibinin parolunu bilmək üçün daha çox səy və texniki imkanlar tələb olunacaq. Əgər çip sistemi və parol istifadəçini fırıldaqçılardan qoruya bilməyəcəksə, heç olmasa “sındırılan” kartların ümumi statistikasına təsir göstərəcək.

Ümumiyyətlə, maqnit zolağı xakerlər üçün “yağlı tikə”di. Çünki ali ixtisaslı mütəxəssis olmayan şəxs tərəfindən belə “sındırıla” bilər. Fransa da chip-and-PİN sisteminə keçid nəticəsində kredit kartları vasitəsilə fırıldaqçılıq halları 80%-ə qədər azalmışdı.
MDB ölkələrinə gəldikdə bank kartları vasitəsilə törədilən cinayətlər buarada Avropa və ABŞ səviyyəsinə hələ çatmayıb. Ona görə bu istiqamətdə hər hansı keyfiyyət dəyişikliyini gözləməyə dəyməz.

Bundan başqa nəqdsiz ödəniş mədəniyyəti bizdə xaricdəki qədər inkişaf etməyib. Ona görə iri şəhərlərin kənarlarında plastik kartla ödəniş etmək problemi geniş yayılıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti