Koronavirusa yoluxanların sayı 78 milyona çatır

Koronavirusa yoluxanların sayı 78 milyona çatır
  22 Dekabr 2020    Oxunub:1392
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 77 milyon 717 min 420 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 709 min 7 nəfərdir. İndiyədək 54 milyon 592 min 956 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti