Paşinyana qarşı ümumxalq tətili başlayır
Bildirilir ki, İrəvanda keçiriləcək mitinqin əsas tələbi baş nazir Nikol Paşinyanın istefası olacaq. Etiraz aksiyasının təşkilatçıları əsas müxalifət partiyalarıdır. Onlar xalqı tətilə çağıracaqlar.
Günorta saatlarına planlaşdırılan mitinqdən sonra etiraz aksiyalarının genişlənəcəyi, ümumxalq tətilinə çevriləcəyi, bütün yolların bağlanacağı gözlənilir. Aksiya iştirakçıları küçələrdə çadırlar quracaqlarını deyiblər.
Qeyd edək ki, son günlər Ermənistanda etiraz aksiyaları intensiv hal alıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Etiraz Yerevan Müxalifət







Vaxtında, Aydın, Lazımlı!


