Koronavirus Antarktidaya da çatdı

Koronavirus Antarktidaya da çatdı
  22 Dekabr 2020    Oxunub:1358
Koronavirus infeksiyası artıq Antarktidaya da çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar.

Qeyd edilir ki, Antarktidada 36 yoluxma faktı qeydə alınıb. Çiliyə məxsus elmi stansiyada çalışan 36 əməkdaşın virusa yoluxduğu məlum olub.

Beləliklə, virusun Antarktidada qeydə alınmasından sonra yer kürəsində pandemiyadan uzaq olan ərazi qalmayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus   Antarktida  



Xəbər lenti