İranda koronavirusdan ölüm sayı 54 mini ötdü

İranda koronavirusdan ölüm sayı 54 mini ötdü
  22 Dekabr 2020    Oxunub:1544
İranda son sutka ərzində 6208 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə virusa yoluxanların sayı 1 170 743 nəfərə yüksəlib. Ötən 24 saat ərzində daha 187 pasiyent vəfat edib, bununla İranda pandemiya qurbanlarının sayı 54 003-ə çatıb.

Hazırda 5467 xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 903 998 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti