İrəvanda etirazlar: Prokurorluğun binası mühasirəyə alındı

  İrəvanda etirazlar:  Prokurorluğun binası mühasirəyə alındı
  22 Dekabr 2020    Oxunub:2089
Ermənistanın paytaxtı İrəvan şəhərində Baş prokurorluğun binası qarşısına toplaşan onlarla nümayişçi baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Azvision.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd olunub ki, prokurorluğun əsas girişinə səs cihazlarının quraşdırıldığı avtomobil cəlb olunub. Bina xüsusi texnika ilə polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Mitinqin iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına qədər dağılışmaq niyyətində olmadıqlarını bildiriblər.

Azvision.az


Teqlər: Ermənistan   Etiazlar  





Xəbər lenti