Ermənistanda etirazçılar hökumət binasını mühasirəyə aldı

Ermənistanda etirazçılar hökumət binasını mühasirəyə aldı
  22 Dekabr 2020    Oxunub:1531
Ermənistanda etiraz aksiyaları davam edir.
Azvision.az xəbər verir ki, bu dəqiqələrdə Respublika meydanına toplaşan etirazçı kütlə hökumət binasını mühasirəyə alıb.

“Daşnaksütyun” partiyasının Ali Şurasının sədri İşğan Sağatelyanın çağırışından sonra nümayişçilər binanı əhatəyə alıblar. Əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub. Binanın ətrafında polislər tərəfindən 6-7 müdafiə xətti qurulub.

Sağatelyan təklif edib ki, meydana toplaşanların bir qismi binanın qarşısından çəkilməsin. O, bundan sonra qruplarla hökumət binasını bloklayacaqlarını bəyan edib: “Çünki bu hökumətin fəaliyyəti dövlət əleyhinədir, anti-erməni, anti-milli hökumətdir".

Partiya fəalı, həmçinin aksiya iştirakçılarını diqqətli olmağa, təxribatlara uymamağa, binaya girməməyə çağırıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti