Ermənistanda daha bir mer saxlanıldı

 Ermənistanda daha bir mer saxlanıldı
  22 Dekabr 2020    Oxunub:1339
Ermənistanda daha bir etirazçı mer saxlanılıb.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri Qacaranın meri Manvel Paramazyanın həbs edilməsi barədə məlumat yayıblar.

Həbslə bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb. Jurnalistə məlumatın yoxlanıldığı bildirilib.

Qeyd edək ki, Paramazyan baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Bundan öncə isə eyni səbəbdən Gorus meri Aruş Aruşanyan həbs olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mer   həbs   Ermənistan  





Xəbər lenti