Etirazçılar İrəvanda çadırlar qurdular - VİDEO

 Etirazçılar İrəvanda çadırlar qurdular -  VİDEO
  22 Dekabr 2020    Oxunub:1670
Bu gün səhər saatlarından başlayaraq Ermənistanda ümumxalq mitinqi keçirilir.
Azvision.az xəbər verir ki, Respublika meydanına toplaşan etirazçılar burada çadırlar qurmağa başlayıblar.

Baş nazir Nikol Paşinyan istefaya getməyənə qədər çadırların yığışdırılmayacağı deyilir:

“Mitinq iştirakçıları artıq çadırlarını da qurdular. Onlar meydanda gecələməyi və aksiyanı davamlı hala gətirməyi planlaşdırırlar”.

“Daşnaksütyun” partiyasının Ali Şurasının sədri İşxan Sağatelyan deyib ki, hava soyuq olsa da və bir sıra çətinliklər yaransa da aksiya iştirakçıları güclüdürlər, həmrəydirlər. “Ölkəmizin gələcək taleyi həll olunur”, - deyə o bildirib.



Qeyd edək ki, hazırda hökumət binası və Baş prokurorluğun binası etirazçılar tərəfindən blokadaya alınıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Mitinq   Daşnaksütyun   Ermənistan   Etiraz  





Xəbər lenti