Gürcüstan yeni PUA-lar alacaq

Gürcüstan yeni PUA-lar alacaq
  23 Dekabr 2020    Oxunub:1457
Gürcüstan Müdafiə Nazirliyi ölkənin müdafiə qüdrətini artırmaq və dayanıqlı təhlükəsizliyini təmin etmək üçün 2021-ci ildə operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları (PUA) alacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan 2018-ci ildə Fransa istehsalı olan hava nəzarət radarları, mobil komanda məntəqəsi və “Mistral-3” zenit-raket kompleksləri alıb. Gələn il bu müqavilənin ikinci mərhələsi uğurla davam edəcək.

Bundan əlavə, nazirlik üçün gələn il operativ və taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alınacaq.

Azvision.az


Teqlər: Gürcüstan   PUA  





Xəbər lenti