Britaniyada rekord sayda yoluxma qeydə alındı

Britaniyada rekord sayda yoluxma qeydə alındı
  23 Dekabr 2020    Oxunub:1186
Böyük Britaniyada son sutka ərzində 36 804 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınan rekord göstəricidir.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 110 314 nəfərə çatıb. Ötən 24 saatda daha 691 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 68 307-yə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti