Rus sülhməramlılar itkin düşən iki ermənini tapdı

Rus sülhməramlılar itkin düşən iki ermənini tapdı
  23 Dekabr 2020    Oxunub:2368
Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Azərbaycan tərəfinin də razılığı ilə Ermənistana təhvil verilib.

Bundan əlavə, nazirlik rəsmisi qeyd edib ki, itkin düşmüş şəxslərlə bağlı "qaynar xətt"ə 528 müraciət daxil olub.

Azvision.az


Teqlər: Qarabağ   Hadrut  





Xəbər lenti