Türkiyədə koronavirusdan daha 251 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 251 nəfər ölüb
  23 Dekabr 2020    Oxunub:1149
Türkiyədə son sutka ərzində 251 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 3309 yeni yoluxma halı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 18 602, virusa yoluxanlar isə 2 062 960 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 866 815 pasiyent (son sutkada 32 110 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti