Ermənistanda kütləvi etirazlar davam edəcək

 Ermənistanda kütləvi etirazlar davam edəcək
  23 Dekabr 2020    Oxunub:1626
"Sabah Ermənistanın hər yerində kütləvi etiraz aksiyaları davam edəcək. Saat 16:00-da böyük mitinq keçiriləcək"
Azvision.az xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Sağatelyan bildirib.

Onun sözlərinə görə, İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısında gecələyəcək: “Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq".

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edirlər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti