ABŞ Əsma Əsədə qarşı sanksiya tətbiq etdi

ABŞ Əsma Əsədə qarşı sanksiya tətbiq etdi
  23 Dekabr 2020    Oxunub:1166
ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə və onun yaxınlarına qarşı yenidən sanksiya tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun adından yayılan açıqlamada bildirilib.

“Dövlət Departamenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” - deyə məlumatda qeyd olunub.

Sanksiyalar Suriya prezidentinin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.

Azvision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti