Putinlə Makron Qarabağı müzakirə etdilər

   Putinlə Makron Qarabağı müzakirə etdilər
  23 Dekabr 2020    Oxunub:1531
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Putin regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl icra olunduğunu diqqətə çatdırıb.

Bundan əlavə, ölkə başçıları Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.

Azvision.az


Teqlər: Putin   Makron   Qarabağ  





Xəbər lenti