Moskvada COVID-19 qurbanlarının sayı yenə artdı

Moskvada COVID-19 qurbanlarının sayı yenə artdı
  23 Dekabr 2020    Oxunub:1311
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 73 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 10 613 nəfərə çatıb.

Moskvada indiyədək 750 934 yoluxma qeydə alınıb, 577 544 pasiyent isə xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti