Gürcüstan ABŞ-dan “Javelin” raket qurğuları alır

Gürcüstan ABŞ-dan “Javelin” raket qurğuları alır
  23 Dekabr 2020    Oxunub:1536
Gürcüstan 2021-ci ildə ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları alacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin vəzifələrini icra edən İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, ölkənin müdafiə qüvvələri son illərdə bir partiya “Javelin” əldə edib. Bu proses növbəti illərdə də davam edəcək.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Azvision.az


Teqlər: Gürcüstan   ABŞ   Raket  





Xəbər lenti