Koronavirusa yoluxanların sayı 78 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 78 milyonu keçdi
  23 Dekabr 2020    Oxunub:1734
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 78 milyon 366 min 297 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 724 min 39 nəfərdir. İndiyədək 55 milyon 128 min 559 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 18 684 628 nəfər virusa yoluxub, 330 824 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 099 308 yoluxma qeydə alınıb. Onlardan 146 476 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 320 020 nəfərdə virus aşkar edilib. Xəstələrdən 188 285 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 2 906 503 yoluxma, 51 912 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Fransada 2 490 946 nəfər virusa yoluxub ki, onlardan 61 702-si ölüb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti