Adam ətindən yemək satan restoran bağlandı

Adam ətindən yemək satan restoran bağlandı
  12 Fevral 2014    Oxunub:1294
Menyuda qızardılmış adam başı da varmış.
AzVision.az Daily Mirror-a istinadla xəbər verir ki, Nigeriyada adam ətindən yemək sifariş etməyin mümkün olduğu restoran bağlanılıb.

Məsələ ilə əlaqədar Nigeriya polisi Anambra Ştatında aparılan araşdırmalar çərçivəsində 11 nəfəfri həbs edib. Həbs edilənlədən biri restoranın sahibidir.

İnterfax-ın məlumatına görə, restorana baxış zamanı polislər azı sellofana bükülmüş 2 adam başı, eləcə də silah sursat aşkar ediblər. Məlum olub ki, adam ətindən müxtəlif yeməklərlə yanaşı menyuda qızardılmış adam başı da olub.

AzVision.az


Teqlər:





Xəbər lenti