“Paşinyanı vurun” deyən partiya sədrinə cinayət işi açıldı

 “Paşinyanı vurun” deyən partiya sədrinə cinayət işi açıldı
  23 Dekabr 2020    Oxunub:1171
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanı təhdid edən Milli Təhlükəsizlik partiyasının sədri Qarnik İsaqulyana qarşı cinayət işi açıb.
Azvision.az xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi "Youtube" kanalında yayımlanan "Nikolu kim vursa, Milli Qəhrəman adına layiq görülməli və ya ona bir milyon dollar mükafat verilməlidir", - deyə İsaqulyanın səsləndirdiyi fikirlər əsasında başladılıb.

Partiya sədrinə qarşı Ermənistan cinayət məcəlləsinin 262.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti