Fransada silahlı insident: 3 jandarma əməkdaşı öldürüldü

 Fransada silahlı insident:  3 jandarma əməkdaşı öldürüldü
  23 Dekabr 2020    Oxunub:1249
Fransada 48 yaşlı kişi 3 jandarma əməkdaşını öldürüb.
Azvision.az xəbər verir ki, bu barədə BFMTV televiziya kanalı prokurorluğa istinadən məlumat yayıb.

Hadisənin Amber kommunasında baş verdiyi bildirilir. Jandarma əməkdaşları həmin şəxsin evinə məişət zorakılığı ilə bağlı çağırış əsasında gəliblər. Onlar şiddət görən qadına kömək etməyə çalışanda 48 yaşlı kişi jandarmalara atəş açıb. Nəticədə 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Jandarma  





Xəbər lenti