Yeni virus daha bir ölkədə aşkarlandı

Yeni virus daha bir ölkədə aşkarlandı
  23 Dekabr 2020    Oxunub:1213
Braziliyada koronavirusun yeni ştammı aşkar edilib.
Azvision.az xəbər verir ki, virusun yeni növünə Rio-de-Janeyroda rast gəlinib.

Braziliyalı alimlər yeni yoluxucu virusun iyul ayında Rio-de-Janeyroda ortaya çıxdığını, sonra izlərinin əyalətin 19 şəhərində tapıldığını müəyyən ediblər.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yeri tutur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti